Logo
    main-post-cover

    Apple keçmiş dizayn rəhbəri Jony Ive-ı məhkəməyə cəlb etmədi

    Digər
    20.07.2026
        Apple-ın OpenAI-a qarşı qaldırdığı kommersiya sirri və intellektual mülkiyyət oğurluğu iddiasında şirkətin keçmiş baş dizayneri Jony Ive-ın adının yer almaması diqqət çəkib. Bloomberg jurnalisti Mark Qurmanın fikrincə, bunun əsas səbəbi Ive-ın iddiada qeyd olunan proseslərdə birbaşa iştirak etməməsi və Apple-ın reputasiya riskindən yayınmaq istəməsidir. Apple iyulun 10-da OpenAI və bir neçə keçmiş əməkdaşına qarşı məhkəmə iddiası qaldıraraq onları məxfi şirkət məlumatlarını və məhsul dizaynlarını qanunsuz şəkildə istifadə etməkdə ittiham edib. İddianın əsas fiqurlarından biri isə hazırda OpenAI-da aparat bölməsinə rəhbərlik edən keçmiş Apple meneceri Tang Tan-dır.
    OpenAI and Apple Announce AI Partnership - Teneo.ai
        Məhkəmə sənədlərinə görə, Tang Tan Apple əməkdaşlarını OpenAI-a cəlb etməyə çalışıb, onlardan məhsul prototipləri və məxfi dizayn materialları gətirmələrini təşviq edib. Apple iddia edir ki, bu addımlar şirkətin kommersiya sirlərinin mənimsənilməsinə yönəlib. Bloomberg-in məlumatına görə, Jony Ive isə OpenAI-da əsasən yeni aparat məhsullarının dizayn konsepsiyası üzərində çalışır və işə qəbul, idarəetmə və əməliyyat qərarlarında iştirak etmir. Buna görə də iddiada qeyd olunan hərəkətlərlə onun əlaqəsinin olmadığı düşünülür.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...