Apple Music Replay 2025 istifadəyə verildi
Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Apple Music musiqi dinləmə vərdişlərinizə uyğun illik Replay 2025 xüsusiyyətini istifadəyə verib. İstifadəçilər artıq tətbiqin "Home" bölməsindən öz illik statistikalarını görə bilərlər. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Replay hələ ilin tamamlanmasına bir ay qalmış aktiv edilir və nəticələr real vaxtda yenilənir.
Burada ümumi dinləmə vaxtınız, il ərzində dinlədiyiniz artistlərin sayı, ən çox dinlədiyiniz mahnı və album kimi məlumatlar təqdim olunur. “Discovery” indeksi 2025-ci ildə ilk dəfə dinləməyə başladığınız yeni artistləri göstərir. “Loyalty factor” isə illərdir dinlədiyiniz artistləri önə çıxarır. Bundan başqa, “comebacks” göstəricisi müəyyən artistlərin bu il dinləmə siyahınıza yenidən qayıtdığını göstərir. Bundan başqa, illər üzrə bütün şəxsi Replay siyahılarına və ümumi “All Time Replay” playlistinə baxmaq mümkündür.
Paylaş