
Apple-ın gözlənilməz startapı almasında səbəb nədir?
Technote.az-ın "Engadget.com” saytına istinadən verdiyi xəbərə əsasən Apple şirkəti Turi Inc. Startapını alıb.
Turi Inc. süni zəkanın hazırlanması ilə məşqul olan bir
startapdır. Apple ənənəvi olaraq ehtiyyatlı davranaraq startapın alınma təfərrüatlarını
və şərtlərini açıqlamır. Məlum olan tək şey bu müqavilənin Apple-a 200 milyon
dollara başa gəlməsidir. Həmçinin tam aydın deyil ki, Apple süni zəka ilə məşqul
olan Turi Inc. startapını hansı səbəbə alıb. Bir çox mütəxəssislərin fikrincə şirkət
Siri ilə istifadəçi arasındakı qarşılıqlı əlaqə mühitini genişləndirməyi
planlaşdırır. Bəziləri isə güman edirlər ki, bu Google, Facebook və Amazon
arasındakə yarışda Apple-ın özünüsığorta planıdır. Turi startapı süni zəkanın "maşın
öyrənmə” sahəsinin istifadə olunduğu servis və əməliyyat sistemlərinin
yaradılması ilə məşqul olur. Müqavilənin şərtləri ilə yaxından tanış olan bəzi
mənbələrin verdikləri məlumatlara əsasən Apple Turi-nin alınmasına süni zəkanın
öyrənilməsində və inkişaf etdirilməsində iştirak edən, o cümlədən daim böyüməkdə
olan istehsalçılar və tədqiqatçlar cəmiyyətinə giriş kimi baxır. Belə ki,
Apple-dan fərqli olaraq Turi-nin kiçik qıraq istehsalçılar ilə yaxşı əlaqəsi
var.
Paylaş
Bənzər xəbərlər