Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
Digər
25.06.2024
Farid Pardashunas
Avropa Birliyinin tənzimləyiciləri, Apple-ın App Store müştərilərinin alternativlərə yönləndirilməsinə icazə verməməklə AB-nin Rəqəmsal Bazarlar Aktı (DMA) qaydalarını pozduğunu bildiriblər.
Avropa Birliyinin rəqabət tənzimləyiciləri, bu gün Apple-a qarşı yeni bir istintaq açıldığını açıqlayıblar. Tənzimləyicilər bildiriblər ki, Apple, App Store müştərilərinin alternativlərə yönləndirilməsinə icazə verməməklə DMA qaydalarını pozub. İstintaq çərçivəsində Apple günahkar bilinərsə, texnologiya nəhəngini ağır cərimələr gözləyir. AB-nin icra orqanı olan Avropa Komissiyası da Apple-ın tərtibatçılarla bağladığı yeni müqavilələrin şərtləri ilə əlaqədar yeni araşdırmaya başladığını açıqlayıb. Apple-a qarşı olan bu ittiham, AB-nin Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində irəli sürdüyü ilk ittihamdır. Komissiyanın yekun qərarını verməsi üçün 2025-ci ilin martına qədər vaxtı var. DMA qaydalarına görə, təqsirli bilinən şirkətlər qlobal illik dövriyyələrinin 10%-ə qədər cərimələnə bilərlər. Araşdırma zamanı Apple, uyğun və lazımi şərtləri təmin etməklə cəzalardan qaça bilər.
Digər tərəfdən, Apple, proqram tərtibatçılarından və Komissiyadan rəy aldıqdan sonra DMA-ya riayət etmək üçün son bir neçə ay ərzində bir sıra dəyişikliklər etdiyini söyləyib. AB-nin tənzimləyici orqanına görə isə Apple, App Store-da tərtibatçıların istehlakçıları daha sərfəli təkliflər və məzmun üçün alternativ kanallara sərbəst yönləndirməsinə mane olur. Komissiyaya görə, Apple, tərtibatçılara istifadəçiləri abunəlik kimi məzmunu ala biləcəkləri veb-səhifəyə göndərən bir link təmin edə biləcək sistem aləti vasitəsilə yönləndirməyə imkan verir, lakin yenə də bu linkin əlavə edilməsi kifayət etmirmiş kimi görünür. Çünki Apple link vasitəsilə edilən alış-verişdən yüksək komissiyalar alır. Bundan əlavə, bildirilib ki, App Store vasitəsilə yeni müştərilərin əldə edilməsi üçün Apple-ın tərtibatçılardan aldığı ödənişlər "zəruri miqdardan kənara çıxır”.
Komissiya eyni zamanda Apple-ın üçüncü tərəf proqram tərtibatçıları və tətbiq mağazaları üçün yeni müqavilə tələbləri, onların zəruri və mütənasib olub-olmaması ilə bağlı araşdırma başladıb. Bura həmçinin “core technology fee” qiymətləndirilməsi də daxildir. Apple hələ də App Store-dan kənar yükləmələr üçün hər quraşdırılmış proqram görə 0.54 dollar rüsum alır. Komissiya bunun DMA-ya uyğun olub-olmadığını araşdırdığını söyləyib. Bütün bunlara əlavə olaraq, Komissiya alternativ proqram mağazası və ya proqramın yüklənməsi və quraşdırılması ilə bağlı “çoxmərhələli istifadəçi səyahətini” də araşdırır. Tənzimləyici, buradakı prosesin istifadəçilər üçün çətin olduğunu düşünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər
iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər
Verilmiş yeni məlumata əsasən Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro modelləri kamera mövzusunda yenilənmələrə məruz qalacaqlar.
Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər
Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər
Apple şirkətinin yeni patent sorğusuna əsasən şirkət iPhone-lar üçün fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanını reallaşdırmağı nəzərdən keçirir.
Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır
Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır
Bloomberg saytının yeni hesabatı Apple Vision Pro qarışıq reallıq cihazının növbəti versiyası barəsində bəzi məlumatları özündə əks etdirir.
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Bildirilir ki, Avropada əlavə vergilərə məruz qalan Çin istehsalçıları Pekində bağlı qapılar arxasında keçirilən toplantıda Avropadan idxal edilən daxili yanma mühərrikli avtomobillərə əlavə vergi tələb ediblər.
Apple, "Apple Intelligence"in nəyə görə köhnə cihazlarda çalışmadığını açıqlayıb!
Apple, "Apple Intelligence"in nəyə görə köhnə cihazlarda çalışmadığını açıqlayıb!
Apple Intelligence kimi təqdim edilən iOS 18 süni intellekt xüsusiyyətlərini yalnız iPhone 15 Pro modellərində istifadə etmək mümkündür. Bəs niyə köhnə cihazlarda istifadə edilə bilməz? Bu məhdudiyyətlə bağlı Apple-dan açıqlama gəlib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!