main-post-cover

    Apple şirkətinin 12 işçisi gizli məlumatları ötürdüyü üçün həbs olunub

    Digər
    14.04.2018
    Orxan Oguz
        Apple şirkətinin Bloomberg tərəfindən üzə çıxardılan daxili yazışmalarına görə, ötən il boyunca şirkət, 12 işçisini gələcək planları ilə bağlı gizli məlumatları sızdırdıqları üçün həbs edib. Şirkətin daxili yazışma qeydlərində ötən il, 29 nəfərin məlumat sızdırarkən tutulduğu, bunlardan 12-nin isə həbs olunduğu bildirilib. Xəbərin davamında deyilir ki, həbs olunmayan digər 17 nəfər yüksək miqdarda cərimə ilə üzləşib. 
        Daxili yazışmada məlum olub ki, Apple şirkəti öz işçilərini, onlarla işləyən müxbirlərə və yayım qurumlarına qarşı xəbərdar edərək məlumatları ötürməməyi tapşırmışdı. Gizli məlumatları əldə edən müxbirlər sızıntının onlara daha çox veb-trafik qazandırdığını, amma Apple işçilərini təhlükəyə atdıqlarını qeyd edirdilər. 
        Bu ilin əvvəllərində Apple şirkətinin mühəndislik sahəsi üzrə əməkdaşı Craig Federighi-nin işçiləri iOS-dakı bəzi proqram xüsusiyyətlərinin gecikə biləcəyi istiqamətində məlumatlandırdığı iclasın təfərrüatlarını paylaşan bir işçini müəyyən etmişdi. Ötən il isə başqa bir işçi iPhone X, iPad Pro və AirPods ilə bağlı məlumatları 9to5Mac-a sızdırdığı üçün qovulmuşdu
    Linki kopyala