Apple Sports tətbiqinə qolf əlavə olundu
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Sports tətbiqinə edilən son yeniləmə ilə istifadəçilər artıq qolf yarışlarının nəticələrini və statistik göstəricilərini birbaşa tətbiq üzərindən izləyə biləcəklər. Yenilik çərçivəsində PGA Tour və LPGA Tour turnirlərinin bütün rəsmi oyunları tətbiqə əlavə olunub.
İstifadəçilər əsas turnirlər də daxil olmaqla canlı hesab yeniləmələri, "hole-by-hole" nəticələr, fərdi oyunçu kartları və real vaxt lider cədvəllərini görə biləcəklər. Bu funksiyalar fevralın 5-də start götürən WM Phoenix Open ilə birlikdə aktivləşdirilib.
Digər idman növlərində olduğu kimi, istifadəçilər sevdikləri qolfçuları “favorit” kimi seçərək onların nəticələrini və statistik göstəricilərini daha rahat izləyə bilirlər. Hər turnirin bütün raundlarının nəticələri də tətbiqdə saxlanılır.
Paylaş