
Apple, tənqidlərə səbəb olan "Crush" reklamından sonra yeni iPad Pro reklamını təqdim edib!
Digər
30.05.2024
Aslan
Apple-ın yeni iPad Pro reklamı diqqəti sənətçilərə yönəldib. Animasiyalı "Worlds Made on iPad" reklamı, Apple-ın birinci iPad Pro reklamı olan Crush-dan daha yaxşı təəssürat yaradıb.
Apple-ın son reklamı olan "Crush", insanlar tərəfindən birmənalı qarşılanmamışdı. Belə ki, reklam tamamilə yeni iPad Pro yaratmaq üçün hidravlik pres ilə əzilən bir sıra alətlər, boyalar, səs avadanlıqları və digər bədii alətlərdən ibarət idi.
Apple, "Crush" reklamından sonra tənqidləri başa düşdüyünü və buna görə üzürxahlıq etdiyini bildirmişdi. Şirkət, üzürxahlığını daha yaxşı dilə gətirmək isə üçün yeni iPad Pro reklamını yayımlayıb.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
