
"Apple", üz tanıma texnologiyası üzərində çalışan RealFace startapını aldı (VİDEO)
"Apple” şirkəti İsrailin RealFace adlı startapını alıb.
Sözügedən startap, istifadəçilərin
üzlərinin tanıma texnologiyaları üzrə fəaliyyət göstərir. Bu alış bir daha
sübut edir ki, növbəti nəsil iPhone modellərində istifadəçilərin identifikasiya
funksiyası daha da təkmilləşdiriləcək. RealFace, yeni yaranmış şirkətdir.
2014-cü ildə şirkət, barmaq izi skanını və şifrələri əvəz edə biləcək üz tanıma
üçün proqram təminatı hazırlamışdı. Startapda cəmi 10 nəfər çalışır. Onun
yaratdığı məhsullar siyahısında Pickeez adlı mobil tətbiq var. Bu tətbiq,
istifadəçinin telefonunda üz tanıma texnologiyasından istifadə edərək ən yaxşı
fotoları seçir. Bağlanmış müqavilənin dəyərinin bir neçə milyon dollar olduğu
bildirilir. Lakin hələ aydın deyil ki, "Apple”ın tərkibində startap hansı iş ilə
məşğul olacaq. Qeyd etmək lazımdır ki, "Apple” ilə müqavilədən öncə sözügedən
startap, 1 milyon dollar investisiya cəlb etmişdi. Hal-hazırda RealFace-in rəsmi
saytı çalışmır. "Apple” ilə
müqavilə bağlanandan sonra bu tamamilə standart prosesdir. Lakin internetdə,
startapın promo materiallarını tapmaq olar. Həmin materiallardan məlum olur ki,
startapın hazırladığı proqram təminatı, süni zəka əsasında çalışır.
Paylaş
Bənzər xəbərlər