
"Apple" və "Deloitte" iş ortaqlıqlarını elan etdilər
"Apple” və "Deloitte”, ortaqlıqlarını elan etdilər. "Deloitte”, iPhone və iPad-in iş yerinə gətirdiyi gücü daha üst səviyyəyə çıxardaraq hər böyüklükdəki şirkətin işləmə formatını dəyişdirməyi planlayır.
"Apple”
və "Deloitte” bugün etdiyi açıqlama ilə birlikdə iş ortaqlıqlarını elan etdilər.
İki firma iOS platformasının iPhone və iPad vasitəsilə iş yerlərinə gətirdikləri
gücü, istifadə rahatlığını və təhlükəsizliyini ən yüksək dərəcəyə çıxardaraq hər
böyüklükdəki şirkətin işləmə formatını dəyişdirməyi planlaşdırır.
5.000-dən
artıq işçisi ilə rəqəmsal çevriliş strategiyası sahəsində lider olan "Deloitte”
müştərilərin iOS, iPhone və iPad vasitəsilə şirkətlərin pərakəndədən işə
alımına, Laboratoriyadan idarəetmə ofisi sistemlərinə qısacası bütün
korporativ sistemdə işləmə formatını dəyişdirməyi hədəfləyir.
Bu
ortaqlığın ideal bir ortaqlıq olduğunu bildirən "Apple” CEO-su Tim Kuk, "iPhone
və iPad hər yerdə insanların işlərini görməsi üçün təsirli vasitədir. Bu
ortaqlıq vasitəsilə, daha da çox şirkətin sadəcə "Apple” ekosisteminin təklif
edə biləcəyi inanılmaz bacarıqlardan yararlanmalarına köməkçi ola bilərik” açıqlamasını
verdi.
Eyni
zamanda iki firma EnterpriseNext adı verilən, iOS əməliyyat sisteminin təchizat,
proqram təminatı və xidmət ekosistemindən yararlanan bir xidmətdə hazırlanacaq.
Bu xidmət vasitəsilə müştərilər öz sektorları içərisində təsir vasitələrini
daha rahat kəşf edə biləcək və xüsusi həll üsulları hazırlaya biləcəklər.
Paylaş
Bənzər xəbərlər