
'Apple' yeni iPhone modellərinin ekran ölçülərini böyüdəcək
Yaxın zaman ərzində gələcək iPhone modelləri üçün OLED matrisa istehsalı baxımından “Apple” ilə “LG” şirkəti arasında müqavilə bağlanacaq.
Bu barədə Phonearena saytı xəbər
verib. Bu məlumat hələ rəsmi olaraq təsdiqlənməsə də “LG” şirkəti daha əvvəllər
bu barədə “Apple” ilə danışıqlar apardığını bildirmişdi. Müqavilə şərtlərinə əsasən
bu ilin ikinci rübündə “LG” şirkəti “Apple” üçün 15-16 milyon ekran istehsal edəcək.
Qalan ekran panellərini isə “Samsung” şirkəti istehsal edəcək. Lakin ən maraqlı
məlumat “LG” şirkətinin istehsal edəcəyi ekran matrisalarının ölçüsüdür. Məlumata
əsasən “LG” 6.5 inç-lik OLED panelləri, “Samsung” isə 5.8 inç və 6 inç ekran
panellərini istehsal edəcək. Çox güman ki, bu ekranlar iPhone X ölçülərinə
sahib olacaq iPhone 9 və iPhone 9 Plus üçün nəzərdə tutulub. Güman olunur ki,
iPhone 9 Plus modeli şirkət tarixində ən böyük smartfon olacaq.
Paylaş
Bənzər xəbərlər