main-post-cover

    Apple, yeni reklam çarxını silərək üzr istəyib!

    Digər
    05.08.2024
    Farid Pardashunas

         Apple, daha əvvəllər iPad Pro-nun "Crush" adlı reklamı ilə sərt reaksiyalarla üzləşmiş və buna görə də üzr istəməli olmuşdu. İndi isə Apple-nin Taylanddakı yeni reklam çəkilişi də sərt reaksiya ilə qarşılanıb və yayımdan çıxarılıb.

         2024-cü il Apple marketinq komandası üçün yaxşı keçməyib. Bir neçə ay əvvəl iPad "Crush" reklamı ilə reaksiyalara səbəb olan Apple, yenə eyni vəziyyəti yaşayıb. Taylandda çəkilmiş "OOO (Out of Office)" adlı yeni reklam çarxı yeni müzakirələrə səbəb olub və Apple, buna görə, üzr istəməli olub. Lakin Crush reklamından fərqli olaraq, yeni reklam çarxı yayımdan qaldırılıb.
         Apple, bu yaxınlarda “The Underdogs” seriyasının yeni reklam çarxını yayımladı. Yeni reklam çarxında bir qrupun əyləncəli formatda Apple məhsulları ilə müxtəlif işlər gördüyü göstərilir. Ancaq Tayland, inkişaf etməmiş və zamandan geri qalan bir ölkə kimi təqdim edildiyi üçün reklam, sərt reaksiyalarla qarşılanıb. Əslində, Tayland Nümayəndələr Palatasının Tayland komitəsinin sözçüsü Patpicha Tanakasempipat, “Taylandlılar reklamdan çox narahatdırlar. Mən Taylandlıların Apple məhsullarından istifadəni dayandırıb, başqa brendlərə keçməsini dəstəkləyirəm." sözlərini ifadə edib.
    View post on TikTok
         Artan mübahisədən sonra Apple, reklamı silib və bu açıqlamanı verib: “Məqsədimiz ölkənin nikbinliyini və mədəniyyətini hər kəsə tanıtmaq idi. Taylandın canlılığını tam şəkildə göstərə bilmədiyimiz üçün üzr istəyirik. Reklam artıq efirdə deyil.”
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-modellerinin-batareya-hecmleri-aciqlanib
    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər
    butun-iphone-17-modelleri-yeni-on-kamerani-elde-edecekler
    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb
    iphone-16-nin-ne-zaman-teqdim-olunacagi-melumati-ortaya-cixib
    Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
    apple-vision-pro-yeni-nov-ekranlari-elde-ede-biler
    Apple-1 kompüterinin fotoları kompüterin özündən daha baha qiymətə satışa çıxarılıb
    apple-1-komputerinin-fotolari-komputerin-ozunden-daha-baha-qiymete-satisa-cixarilib