Logo
    main-post-cover

    Abu-Dabidə Metropolis və Gotham şəhərləri inşa eiləcək

    Digər
    07.05.2017
    Farid
    Warner Bros. studiyası Abu-Dabi-də Batman və Superman komikslərinə aid əyləncə parkı inşa etməyi planlaşdırır. Verilən məlumata əsasənWarner Bros. World Abu Dhabi adlı əyləncə parkı Abu-Dabinin developer şirkəti Miral-ın köməkliyi ilə Yas adlanan süni adada inşa ediləcək. Miral Yas adasındakı əyləncə infrastrukturu ilə məşqul olan şirkətdir. Metropolis, Gotham şəhərləri ilə yanaşı əyləncə attraksionları və otellərin inşası  1 milyard dollara başa gələcək. "Warner Bros. studiyası 90 ilə yaxındır ki, əyləncə layihələri ilə məşquldur. Biz öz təcrübəmizi Miral şirkəti ilə bölüşəcəyimizə görə çox şadıq. Onların köməyi ilə biz çox maraqlı və əyləncəli attraksionlar hazırlayacağıq. Pərəstişkarlar isə öz növbəsində onlardan istifadə edərək Warner Bros. aləminə səyahət edə biləcəklər” – deyə Warner Bros. studiyasının direktoru Kevin Tsujihara bldirib. Parkın 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər