Logo
    main-post-cover

    "Avatar" filminin 4 davamı olacaq

    Digər
    07.05.2017
    Farid
    "Avatar” filminin əvvəlcədən planlaşdırıldığı kimi 3 deyil 4 davamı olacaq. Onlardan birincisini isə izləyicilər 2018-ci ilin dekabr ayında görə biləcəklər. Bu barədə James Cameron Las-Veqasda keçirilmiş CinemaCon tədbiri çərçivəsində bildirib. Rejissorun verdiyi məlumata əsasən hər bir filmin ayrıca hekayəsi olacaq. Lakin buna baxmayaraq həmin filmlər ümumi mövzuya aid olacaqlar. İkinci film 2020-ci ildə, üçüncü film 2022-ci ildə son film isə 2023-cü ildə təqdim olunacaq. "Avatar 2” filminin çəkilişləri gələn ay Yeni Zelandiyada start götürəcək. Filmdə baş rolları Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, Stephen Lang və digərləri canlandıracaqlar. "Avatar 2”-nin ssenarisi haqqında isə hələki heçnə blinmir. Qeyd edək ki, "Avatar” filmi bütün dünya üzrə 2.7 milyard dollar gəlir əldə edərək dünya kinematoqrafının ən gəlirli filmi olmuşdur.
    Paylaş
    Bənzər xəbərlər