Avropada 12 ton KitKat oğurlandı
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Avropada baş verən qeyri-adi oğurluq hadisəsi sosial mediada geniş müzakirələrə səbəb olub. Məlumata görə, içərisində 12 ton KitKat şokoladı olan yük maşını marşrut üzərində oğurlanıb. Hadisə Mərkəzi İtaliyadan Polşaya doğru hərəkət edən yük maşınına hücum edilməsi ilə baş verib. Oğrular yük maşınını yolun ortasında ələ keçirərək içərisində ümumilikdə 413 793 ədəd yeni KitKat məhsulu olan yükü oğurlayıblar.
KitKat brendinin sahibi olan Nestlé şirkəti bildirib ki, oğurlanan yük maşını hələ də tapılmayıb. Şirkət ilkin açıqlamasında bu hadisənin Avropada təchizat zəncirinə təsir edə biləcəyini qeyd etsə də, daha sonra KitKat-ın rəsmi sosial media hesablarında yayılan açıqlamada məhsul çatışmazlığı və ya ictimai təhlükə riskinin olmadığı bildirilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və oğurlanan 12 ton şokoladın harada olduğu hələ də məlum deyil.
Paylaş
Bənzər xəbərlər