Azərbaycan BTİ Şurasına yenidən üzv seçilmək üçün namizədliyini irəli sürüb
Bu il 9–27 noyabr tarixlərində Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransı keçiriləcək. Tədbirdə qurumun rəhbər və idarəedici orqanlarına seçkilər baş tutacaq.
Technote.az xəbər verir ki, Azərbaycan 2027–2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün namizədliyini təqdim edib. Şura təşkilatın əsas idarəedici orqanı hesab olunur.
Eyni zamanda AZCON Holding-in strukturuna daxil olan Azərkosmosun Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın namizədliyi BTİ-nin Radio Tənzimləmə Komitəsinə irəli sürülüb. Komitə üzvləri üzv dövlətlərin təqdim etdiyi namizədlər arasından seçilir.
Azərbaycan daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən Səlahiyyətli Konfranslarda BTİ Şurasına üzv seçilib. Bu təmsilçilik ölkənin qurumun qərar qəbuletmə proseslərində iştirakını təmin edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi isə 2018 və 2022-ci illərdə ardıcıl olaraq Radio Tənzimləmə Komitəsinin üzvü seçilib. BTİ Konstitusiyasına əsasən, Şura üzvləri ədalətli coğrafi bölgü prinsipi nəzərə alınmaqla müəyyən edilir.
Paylaş
Bənzər xəbərlər