Azərbaycan “NextGen” sənaye klasteri ilə qlobal rəqəmsal transformasiya təşəbbüsündə iştirak edir
4SİM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzinin onlayn vebinarında iştirak edib.
Technote.az xəbər verir ki, vebinarda Azərbaycanın “NextGen” Sənaye Klasteri modeli təqdim edilib. Bu model Davos Sammiti çərçivəsində 2026-cı ildə DİF-in təşəbbüsünə qoşulub.
Bildirilib ki, Sumqayıt Sənaye Parkında “SOCAR Polymer” və “SOCAR Karbamid” əsasında klaster formalaşdırılıb. Məqsəd istehsalın səmərəliliyini və ixrac potensialını artırmaqdır.
Klaster yanaşması sənaye müəssisələrinin rəqəmsal və aşağı karbonlu istehsal modelinə keçidini hədəfləyir. Bu, qlobal sənaye transformasiyasına inteqrasiyanı gücləndirir.
Sessiyada 4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” da təqdim olunub. Proqrama artıq 15 müəssisə qoşulub və Sənaye 4.0 texnologiyalarının tətbiqi nəzərdə tutulur.
DİF-in təşəbbüsü çərçivəsində klasterlər rəqəmsallaşma və karbonsuzlaşma üzrə birgə fəaliyyət göstərir. Bu model qlobal miqyasda iqtisadi və ekoloji təsir yaratma potensialına malikdir.
Paylaş
Bənzər xəbərlər