Logo
    main-post-cover

    Azərbaycan startapı qlobal yarışın qalibi oldu

    Digər
    19.03.2025
    Emil
         Azərbaycan startapı süni intellekt təhlükəsizliyi sahəsində innovativ həlləri ilə texnologiya sahəsindəki ən nüfuzlu tədbirlərdən birində - SXSW 2025də möhtəşəm uğura imza atıb.

         Belə ki, SXSW (South by Southwest) yarışmasında “Enterprise, Smart Data, FinTech & Future of Work” kateqoriyasında birinci yeri tutan Polygraf AI, həm də ümumi kateqoriyalar üzrə bütün şirkətləri geridə qoyaraq “Best in Show” mükafatı ilə ikiqat qələbə qazanıb.

         Bu qələbə təkcə Polygraf AI üçün deyil, həm də Azərbaycan innovasiya ekosistemi üçün mühüm nailiyyətdir. Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Azərbaycanlı sahibkar Yaqub Rəhimovdur və bu uğur ölkəmizdən çıxmış startapların qlobal arenada necə fərq yarada biləcəyini bir daha təsdiqləyir.

    Süni İntellekt Təhlükəsizliyində Yeni Standartlar

         Polygraf AI süni intellektin qlobal miqyasda sürətlə yayılması ilə ortaya çıxan məlumat məxfiliyi riskləri, komplayns boşluqları və yeni təhlükəsizlik təhdidləri kimi mühüm problemləri həll edir. Şirkətin universal təhlükəsizlik platforması məlumat məxfiliyini qoruma mexanizmləri, komplayns sistemləri və etik çərçivələri özündə birləşdirərək təşkilatların məxfi məlumatlarını riskə atmadan “AI”-dan rahatlıqla istifadəsinə imkan yaradır.
         “Süni intellektin inkişafı özü ilə bərabər həm də bir çox risklər doğurur. Bunlardan ən əsası Aİ alətlərindən istifadə edərkən data məxfiliyini və komplaynsı təmin etməkdə yaranan çətinliklər, fırıldaqçılıq və dezinformasiyanın qarşısını almağın vacibliyidir ” – deyə Polygraf AI-nin baş icraçı direktoru Yaqub Rəhimov bildirib. Bizim yaratdığımız həll isə şirkətlərə və dövlət qurumlarına süni intellektdən təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməyə və rəqəmsal gələcək formalaşdırmağa imkan verir."
         Bu qələbə Azərbaycan startapını SXSW tarixinin ən uğurlu startaplarından birinə çevirir. SXSW Pitch finalçıları 2009-cu ildən bəri ümumilikdə 23,2 milyard dollar sərmayə cəlb edib və onların 17%-i böyük şirkətlər tərəfindən satın alınıb. Breyer Capital şirkətinin qurucusu və baş direktoru Jim Breyer, tədbirin ev sahibi olaraq bu uğurun əhəmiyyətini vurğulayıb.

    Polygraf AI haqqında

    Korporativ Təhlükəsizlik üçün İnovativ Texnologiya

         Polygraf AI-nin xüsusi hazırlanmış Kiçik Dil Modelləri (SLM) agentləri süni intellekt təhlükəsizliyi sahəsində mühüm texnoloji irəliləyişlərdən biridir. Böyük Dil Modellərindən (LLM) fərqli olaraq, SLM-lər daha az hesablama resursu tələb edir və məlumat təhlükəsizliyi risklərini azaldır. Polygraf AI-nin SLM texnologiyası müəssisələrin daxili infrastrukturuna inteqrasiya edilərək, məlumat sızmalarının və AI əsaslı fırıldaqçılığın qarşısını almağa kömək edir.
    Şirkətin baş ofisi Austin, Texasda yerləşir.
    Əlavə məlumat üçün, demo tələb etmək və ya müsahibə planlaşdırmaq üçün bizimlə əlaqə saxlayın:
    📧 pr@polygraf.ai
    🌐 https://polygraf.ai
    Paylaş
    Bənzər xəbərlər