Logo
    main-post-cover

    Azərbaycan vətəndaşlarından əl-barmaq izləri götürüləcək

    Digər
    30.08.2018
    Bot
     Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
    Technote.az bildirir ki, həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə 2.9-cu bəndə edilən dəyişikliyə əsasən, vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşınfotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) daxil edəcək.
    Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçiriləcək.
    Vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi) şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.
    Dəyişikliklərə əsasən, fərman 2019-cu il yanvarın 1-dən deyil, 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
    Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı hazırlıq işləri artıq başa çatıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Azərbaycan vətəndaşlarından əl-barmaq izləri götürüləcək | Technote