
Azərbaycanda ilk dəfə uğursuzluq hekayələri paylaşıldı (FUN Baku)
Digər
25.06.2018
Farid
Uğursuzluq iş dünyasında müvəffəqiyyətin bir hissəsi sayılır amma bizlər bunun
haqqında heç zaman, çox detallı danışmırıq. Bakıda Sup.az akselerasiya mərkəzinin təşkilatcılığı ilə “Fuckup Nights Baku” adlı beynaəxalq tədbir keçirilmişdir.
“Fuckup Nights ” ilk dəfə 2012- ci iləd Meksikanın Mexico şəhərindən dünyaya
yayılmışdır və hal hazırda dünyanın 80 ölkəsində, 250-dən çox şəhərində
keçirilir. Çıxış zamanı spikerlər 7 dəqiqə ərzində 10 şəkildən istifadə edərək öz
uğursuzluq hekayələrini təqdim edirlər.
Tədbirin spikerləri Ağahüseyn Əhmədov, Günel Cənnətova və Cavid Ağa öz
karyeralarındakı uğursuzluq hekayələrindən danışdılar.
Tədbirdə eyni zamanda iştrak edən şərəf qonaqlarından Meksikanın
Azərbaycandakı səfri cənab Xuan Rodrigo Labardini Flores çıxış edərək bu tipli beynalxalq tədbirlərin Azərbaycanda keçirilməsindən məmnunluq hissi kecirdiyini
vurğuladı. İş dünyasındakı insanların müvəfəqiyyətləri ilə bərabər bəzən
uğursuzluqlarının da olduğunu bildirdi.
Tədbir sual-cavab sesiyası ilə yekunlaşdı.
Linklər:
https://fuckupnights.com/baku/


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
