Logo
    main-post-cover

    Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!

    Digər
    20.06.2025
    Emil
       Azərbaycanın reklam sənayesində ilkə imza atan “AdVera” MMC rəsmi olaraq AdGo rəqəmsal platformasının istifadəyə verildiyini elan edir. Ölkədə və MDB məkanında analoqu olmayan bu platforma reklam sifarişi və yerləşdirmə proseslərini tam rəqəmsallaşdırmaqla bazarda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
       Belə ki, AdGo platforması reklam sifarişçilərinə, agentliklərə və media sahiblərinə bir pəncərə üzərindən hava limanları, avtovağzallar, metro, dəmiryolu stansiyaları, taksi və avtobuslar, otellər, biznes mərkəzləri və açıq reklam məkanlarında reklam sifarişi vermək və onu onlayn şəkildə izləmək imkanı yaradır. İndi artıq görüşlərə, sənədləşməyə və vaxt itkilərinə ehtiyac yoxdur — bütün proses tam rəqəmsal şəkildə, rahat və şəffaf interfeys üzərindən həyata keçirilir.
       AdGo rəqəmsal platforması bir neçə əsas üstünlüklərə sahibdir:
    • Ölkə üzrə reklam məkanlarının vahid interaktiv xəritəsi;
    • Onlayn bronlaşdırma və dərhal ödəniş imkanı;
    • Real vaxtda performans və görüntü hesabatları;
    • Kampaniyaların effektivliyinə dair aylıq analitik hesabatlar;
    • Peşəkar müştəri dəstəyi və fərdi yanaşma.
      AdGo-nun gələcək planları çərçivəsində yaxın aylarda 100 ədəd “ağıllı dayanacaq” layihəsinin icrası nəzərdə tutulur. Bu dayanacaqlarda rəqəmsal monitorlar, QR kod sistemi, Wi-Fi şəbəkəsi və analitik izləmə texnologiyaları tətbiq ediləcək. Reklam yerləşdirmələri artıq görülmə sayı və auditoriya tipi üzrə real vaxtda ölçülə biləcək.
       Əlavə olaraq, Azərbaycanda ilk dəfə olaraq 28 May nəqliyyat qovşağında yerləşən dəmiryolu vağzalında 3D reklam monitoru quraşdırılıb və artıq fəaliyyət göstərir. Bu texnologiya ilə markalar izləyicilərlə daha cəlbedici və yadda qalan şəkildə ünsiyyət quracaq.
       AdGo.az platforması bütün reklam sifarişçiləri və agentliklər üçün açıqdır. Platformaya daxil olub qeydiyyatdan keçən hər bir şirkət:
    • Öz reklam məkanlarını təqdim edə bilər;
    • İstədiyi məkanlarda kampaniya planlaya bilər;
    • Hər ay ətraflı hesabatlar əsasında kampaniyanın effektivliyini izləyə bilər.
       Əlaqə və daha ətraflı məlumat üçün aşağıda qeyd olunmuş koordinatlar vasitəsilə əaqə saxlamaq olar:
    🌐Veb sayt: www.adgo.az
    📲 Sosial şəbəkələr: Instagram / Facebook / LinkedIn – @adgo.mmc
    Paylaş
    Bənzər xəbərlər