Logo
    main-post-cover

    Azərbaycanda rəqəmsal əczaçılıq sistemləri tətbiq olunur - Nazir

    Digər
    04.05.2026
    Farid
        Əczaçılıq sektorunun rəqəmsallaşması çərçivəsində Elektron resept platforması istifadəyə verilib. Paralel olaraq Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb.
        Technote.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” adlı II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
        O, rəqəmsal həllərin sektorda əsas prioritetlərdən olduğunu bildirib.
        Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərmanların izlənilməsi həyata keçirilib. Qısa müddətdə tibb və əczaçılıq müəssisələri sistemə inteqrasiya olunub.
        Bildirilib ki, sistem dərman dövriyyəsinə nəzarəti gücləndirir və şəffaflığı artırır. Eyni zamanda biznes proseslərini sadələşdirir və səhiyyə sistemində səmərəliliyi yüksəldir.
        Qeyd edək ki, həyata keçirilən rəqəmsal islahatlar əhalinin təhlükəsiz dərmanlara çıxışını təmin edir. Bu yanaşma əczaçılıq sektorunda koordinasiyalı və effektiv idarəetməni gücləndirir.
    Paylaş
    Bənzər xəbərlər