Logo
    main-post-cover

    Azərbaycanda rəqəmsal SAT imtahanı keçiriləcək

    Digər
    28.04.2026
    Farid
        Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 2-də rəqəmsal SAT imtahanı təşkil olunacaq.
        Technote.az xəbər verir ki, imtahan eyni vaxtda iki mərkəzdə keçiriləcək.
        İmtahan Bakı şəhərində iki ünvanda təşkil ediləcək. Ünvanlar Akademik Həsən Əliyev küçəsi, 299 və Süleyman Sani Axundov küçəsi, 50-dir.
        Namizədlər yalnız qeydiyyatdan keçdikləri test mərkəzinə yaxınlaşmalıdır. Buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana getmək tələb olunur.
        İştirakçılar imtahan günü lazım olan sənədləri və cihazları təqdim etməlidirlər. Bunlara şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi və uyğun notbuk və ya planşet daxildir.
        İmtahana giriş saat 07:15-dən gec olmayaraq həyata keçiriləcək. Sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçının imtahana buraxılmayacağı bildirilib.
        Daha ətraflı: http://dim.gov.az/az/metbuat/xeberler/dovlet-imtahan-merkezi-terefinden-2026-ci-il-mayin-2-de-reqemsal-sat-imtahani-teskil-olunacaq
    Paylaş
    Bənzər xəbərlər