
Azərbaycanda startup bazarının 1 nömrəli problemi: “İnvestor”
Startup bazarının içində olub, bu bazar haqqında məlumatı
olanlar və ən əsası startupları olanlar yaxşı bilir ki, Azərbyacanda öz ideyana və
startupına investor tapmaq çətin məsələdir. Daha doğrusu bu son zamanlarda
mümkünsüz hal alıb. Son zamanlar deməyək, çünki heç "əvvəlki zamanlar” da
olmayıb. İqtisadi inkişafımızın tempi ilə əlaqədar olaraq startup termini ölkəmizdə
yeni bir anlayışdır. Lakin qısa zaman ərzində ölkəmizdə saysız hesabsız startuplar
görə bilərik, dövlətin də bu sahədə maraqlı olması startupçıların həvəsini
artırıb. Lakin, hamımız bir məsələdən şikayətlənirik. Bu bəlkədə bizləri birləşdirən
tək ortaq nöqtədir. İnvestorun olmaması. Bəs investor kimdir? Azərbaycanda
investor varmı? Problem investordadır yoxsa startuplarda? Bu məqalədə bu
suallara cavab tapmağa çalışacağıq.
Əvvəla
onu deyim ki, investor əlində sərbəstləşən kapitalı iqtisadiyyatın müxtəlif sahə
və sferalarına yatıran şəxsdir. İnvestorlar qiymətli kağızlara, səhmlərə,
daşınmaz əmlaka və digər aktiv gəlir gətirən sahələrə pul yatırırlar. Startupa
investisiya etməkdə investorun məqsədi gələcəkdə formalaşan yeni şirkət üzərindən
əlavə aktiv gəlir əldə etməkdir. Dünya bazarını və "mələk investor” anlayışını
kənara qoyub, yerli investorlardan sizə məlumat vermək istəyirəm.
Ikinci sualımıza keçid alaq. Azərbaycanda olan
investorların əksəriyyəti öz pullarını riskə atmaqdan qorxur və nəticə etibarilə
onların əlində formalaşan sərbəst vəsaitlər ya banklarda ya da daşınmaz əmlakdadır.
Azərbaycanda olmayan investor bazarının məhz elə başlıca problemi budur. Azərbaycanda
olan investorların düşüncəsi hələ bir qədər kobud səslənsədə köhnədir. Sovet
ideologiyasını başında daşıyan və külli miqdarda pulu olan şəxslər az deyil.
Onlar üçün startup, texnologiya, elektron ticarət, internet anlayışları ikinci
plandadır. Azərbaycanlı investorlar riskdən qorxur. Doğrudur investor həmişə
riski yanında daşıyan şəxsdir. Lakin reallıq budur ki, hansısa investora
yaxınlaşanda o, ilk öncə "startup batsa necə olacaq?” tipli suallar verir. Digər
bir problem isə bizim investorlar üçün yaradılacaq şirkət, ediləcək yenilik
deyildə gələcəkdə qazanılacaq məbləğ maraqlıdır.
Növbəti
sualımızı daha dəqiqləşdirək: " İnvestisiya ala bilməməkdə startup sahibinin
günahı nədir?”Gəlin
investorları mələk zənn edək və problemi özümüzdə axtaraq. Startup bazarında Azərbaycanda
ciddi problemlər var. 1-ci problem: Azərbaycanda startup sahibi olanların əksəriyyəti
tələbə və gənclərdir. Onların startup bazarı ilə bağlı kifayət qədər
informasioya və təcrübələri yoxdur. Sanki ağıllarına gələcək ideyalara pul
yatırılacağın zənn edirlər. 2-ci problem: Bazarda mövcud olan startupların əksəriyyəti
xarici təcrübədə sınaqdan keçmiş ideyaların təkrarıdır.Dünyada artıq qlobal istifadədə
olan startupların ideyalarının lokallaşdırılmasının nə mənası var axı? (bəzi
layihələr istisnaolmaqla) 3-cü problem: ideya, komanda, icraat və startup.
Problemin kökü buradadır. İdeyası olan hər bir gənc onu reallaşdırmaq kollektiv
qurmaq əvəzinə dərhal mələy axtarışına keçir. Ağıllı investorlar ideyaya pul
yatırmır. Dünyada çox az ideya varki ona investisiya edilib. Uğurlu ideya əsasında
kollektiv formalaşdırıb icraata başlasan o zaman sən bir startupa sahib ola bilərsən. Yalnız o andan etibarən artıq investor
axtarışına keçmək olar. 4-cü problem: Startup sahibi olan bəzi gənclər sanki
profilində ”CEO&Founder at” başlığından sitifadə etmək üçün biznes
qururlar. Xəyallarla yaşamaq doğru deyil, heç birimiz Steve Jobs yaxud Bill
Gates deyilik. Real məsələlər üzərindən düşünmək vacibdir. Öz potensialınızı
görün və o potensial üzərindən hərəkət edin. Məqsədlərinizi doğru formalaşdırın
və məqsədə çatmaq üçün dərhal icraata başlayın. Nəticədə investor sizi tapacaq.
Siz investor axtarmayın, qoyun onlar sizi tapsınlar.
Paylaş
Bənzər xəbərlər