
Azərbaycanlı tələbələr üçün ilk genişmiqyaslı onlayn təhsil platforması: “Talentİgnite!”
Digər
04.02.2018
Farid
Birləşmiş Krallıqlar-da təhsil alan tələbələrimiz Azerbaijan
Science Association-un bir layihəsi olmaqla Azərbaycanda bir ilk olan, Azərbaycan
gənclərinin maarifləndirilməsi yönündə tamamilə ödənişsiz fəaliyyət göstərən
“TalentIgnite” adlı yeni bir onlayn bilik mübadilə platformu yaradıblar.
Onlar dünyanın müxtəlif ölkələrində təhsil alan, işləyən və
yaşayan azərbaycanlıları bir araya gətirərək Azərbaycanda təhsil alan tələbələrə
təhsil aldıqları sahələr üzrə dərs demək, mentorluq etmək, xaricdə təhsil
almağın yolları ilə tanış etmək və s. kimi fəaliyyətləri özündə birləşdirən
proyektə başlayıblar.
8 ay davam edən çalışmalardan sonra nəhayət qeydiyyatlarına
start verilən bu platformun köməyi ilə Azərbaycanda ilk dəfə tələbələrimiz
xaricdə təhsil təcrübəsini ölkə sərhədlərini tərk etmədən yaşaya biləcəklər.

Yaxşı bəs bu platforma necə çalışır?
Siz “Talentİgnite”-a qoşulduqdan sonra istədiyiniz
ixtisası seçirsiniz və daha sonra sizin üçün müəyyən edilmiş mentor tərəfindən
dərslər alırsınız.
Və ya elə mentor kimi qeydiyyattan keçib xaricdə təhsildən
öyrəndiklərinizi digər həmyerlilərimizlə bölüşürsünüz!
"Talentİgnite"-da dərs deyən tutorların hər
biri xaricdə təhsil alan və ya artıq təhsilini bitirib həyatlarını ölkəmizin sərhədlərindən
kənarda davam etdirən insanlardır.
Talentİgnite tələbələrə necə kömək edir? Onları hansı mövzularda məlumatlandırır?
- Beynəlxalq təhsil sisteminin çalışma strukturu ilə tanış etmək
- Tələbələrə öz təhsil sahələri üzrə bilik və bacarıqlarını artırmaq məqsədi ilə dəstək
- Xaricdə təhsil imkanları ilə bağlı məsləhətlər
- Ümumi rəhbərlik
- Müxtəlif dil bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı dəstək
- Təhsil, iş imkanları və akademik karyera ilə bağlı məsləhətlər
- Azərbaycan təhsil sisteminin Avropa, eləcə də digər inkişaf etmiş təhsil sitemlərinə integrasiyasını sürətləndirmək
Yaxşı, bəs "Talentİgnite"-a necə qoşulaq?
"Talentİgnite"-a tələbə və ya mentor kimi qoşula
bilərsiniz.
Əgər “Çox bilirəm, bir o qədər də çox öyrətmək istəyirəm” deyirsinizsə
o zaman mentor kimi müraciət edib həmyerlilərimizin inkişafına dəstək ola bilərsiniz.
Bunun üçün mütləq yuxarıda da qeyd ettiyimiz kimi xaricdə təhsil almış
olmağınız və ya hal-hazırda xaricdə təhsilinizi davam etdirməyiniz mütləqdir.
Mentor qeydiyyat formasına keçid üçün bura klikləməyiniz kifayətdir.
Yox, “Mən hələ öyrənirəm və hələ çox öyrənməliyəm”
deyirsinizsə o zaman bu linkə klikləyərək tələbə qeydiyyat bölməsinə daxil
olub yeni təhsil təcrübənizin ilk mərhələsinə keçid edin.
Proyektə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur.
Qeyd edək ki, dərslər Skype vasitəsilə həftə içi 1-5 saat
arası keçirilir.
Hansı tərəf üçün müraciət ettiyinizdən asılı olmayaraq
unutmayın ki, "Talentİgnite" regionda bir ilkdir və bütün
azərbaycanlı tələbələr üçün ilk böyükmiqyaslı bilik platformasıdır.
Qeydiyyatına bir neçə gün əvvəl start verilməsinə baxmayaraq hədsiz marağa səbəb
olan bu geniş platformada indidən yer tutmağa tələsin!
Rəsmi website üçün bura, sizə
qaranlıq qalan mövzuları aydınlaşdırmaq üçün isə bura keçid
edib idarə heyətinin üzvünə öz suallarınızı çatdıra bilərsiniz.
Aşağıdaki videoda proyektin işləməsi sistemi ilə bağlı məlumatlar
ətraflı olaraq izah olunub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
