main-post-cover

    Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir

    Digər
    Reklam və Marketinq
    02.11.2023
    Emil Nəcəfov
         Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyası (ACF) həyata keçirdiyi silsilə tədbir və təşəbbüslərdən ibarət sosial layihənin növbəti mərhələsinə start verir. UNESCO-ya üzv dövlətlər noyabr ayının ilk cümə axşamını Məktəblərdə Zorakılıq və Zorbalığa, o cümlədən kiber zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan ediblər. “Söz verirəm” sosial kampaniyasının başlanğıcı  da məhz bu günə təsadüf edir. Layihə ölkəmizdə idmana olan marağı daha da artırmaq, sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
         Yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar şəkildə törədilmiş aqressiv davranışlar onların həm təhsilinə, həm də həyatına mənfi təsir göstərir. “Söz verirəm” sosial kampaniyası bullinqin zərərli davranış olduğunu, istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda qısnamanın qarşısının alınmasını uşaqlara və böyüklərə aşılayır. 
         Azercell və ACF bütün cəmiyyəti qısnamadan yayınmağa, dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır. Bu çağırışa tanınmış cüdoçular, idmançılar, həmçinin ictimai fəal şəxslər də qoşulub. 
         Kampaniya çərçivəsində cüdo təlim-məşq mərkəzlərində və məktəblilər arasında maarifləndirmə işləri aparılacaq. Uşaqlara bullinqə qarşı könüllü hərəkat ətrafında birləşmək üçün müvafiq sertifikat və qolbaqlar təqdim olunacaq. 
         Söz veririk, həmişə, hər yerdə insanlara hörmətlə yanaşmağa davam edəcəyik
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
    einternational-etisalat-azerbaycanda-strateji-terefdasliq-qurur
    “Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
    azercell-cloudera-melumat-platformasi-ile-biznes-proseslerini-5-defe-suretlendirib
    Azercell TEDx Bakı konfransına dəstək oldu
    azercell-tedx-baki-konfransina-destek-oldu
    “Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
    autizm-portalii-yenilenmis-formatda-teqdim-edildi
    Azercell “Rebuild Karabakh”a dəstəkdir
    azercell-rebuild-karabakha-destekdir