Azercell 'Bakı Marafonu – 2018'-in eksklüziv tərəfdaşı oldu

Azercell 'Bakı Marafonu – 2018'-in eksklüziv tərəfdaşı oldu

Digər
15.05.2018 PAYLAŞIM

Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla 100-dən artıq Azercell-li marafonda yürüş etdi.

    Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un eksklüziv tərəfdaşlığı ilə ölkəmizdə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına yönəlik “Bakı Marafonu-2018” yarışı uğurla baş tutdu. 18 minədək insanı öz ətrafına toplamış və “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu- 2018” mayın 13-də Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə keçirilən bu yarışa Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da qatıldı.    Yarışının mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda baş tutdu. Belə ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxdı. Qadınların arasında isə Türkiyə vətəndaşı Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, Rusiyadan olan Anastasiya Petrova isə üçüncü yeri qazandı.

Bənzər xəbər


    Marafonun əsas tərəfdaşı olan Azercell şirkətinin bənövşəyi rəngli köynəklərində yarışanlar arasında finişə çatan ilk üç nəfər- Namiq Əsədov, Samir Paşayev və Tural Sadıxlı da dəyərli hədiyyələrlə şirkət tərəfindən mükafatlandırıldılar.    “Bakı Marafonu -2018” tədbirinin keçirildiyi bütün ərazilərdə mükəmməl rabitənin təmin edilməsi məqsədilə Azercell Telekom şəbəkə tutumunu əlavə qurğular vasitəsilə daha da gücləndirmişdi.

     Qeyd edək ki, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev başda olmaqla 40-a yaxın Azercell əməkdaşı və 60-dan yuxarı Azercell-in korporativ müştərisi də yarışa qatılmışdı.

     Xatırladaq ki, Azercelkl Telekom 2017-ci ilin sentyabr ayında Gəncə şəhərində keçirilmiş marafonun da əsas tərəfdaşı qismində çıxış etmişdi.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

     Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×