main-post-cover

    Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

    Digər
    Reklam və Marketinq
    30.11.2023
    Emil Nəcəfov
         16-20 noyabr 2023-cü il tarixlərində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi keçirilib. Məktəblilər 5 gün ərzində hər gün 8 saatlıq hazırlıq prosesinə qoşulub. Qeyd edək ki, payız məktəbinin iştirakçıları informatika fənni üzrə Respublika fənn olimpiadalarında finala qədər yüksəlmiş şagirdlər arasında keçirilən seçmə imtahan əsasında müəyyən ediliblər. Ümumilikdə 40 saat ərzində 2 diviziyada keçirilən təlimlər olimpiada mövzularının nəzəri və praktiki izahı, həmçinin beynəlxalq yarışlarda təqdim edilmiş tapşırıqların müzakirəsi əsasında təşkil edilib. 
         İştirakçıların dünyanın qabaqcıl universitetlərinin məzunları ilə görüşmək imkanı da olub. Belə ki, dövlət proqramı əsasında Oksford universitetində robotexnika üzrə fəlsəfə doktoru ixtisasından məzun olmuş Tərlan Süleymanov və Massaçusets Texnologiya İnstitutun İdarəetmə məktəbini məgistr dərəcəsi üzrə bitirmiş Ramil Məhərrəmov şagirdlərə informatika olimpiadalarının gələcək peşə və karyera seçimində üstünlükləri haqqında öz təcrübələrini bölüşüblər.
         Qeyd edək ki, məktəblilərimizin İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prossesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış etdi
    azercell-elektron-ve-audio-kitablarla-ix-baki-beynelxalq-kitab-sergisinde-cixis-etdi
    Azercell-in Süni Zəka əsasında çalışan Virtual Assistenti AiCell artıq abunəçilərin xidmətindədir!
    azercell-in-suni-zeka-esasinda-calisan-virtual-assistenti-aicell-artiq-abunecilerin-xidmetindedir
    Azercell-in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları sona çatdı
    azercell-in-jurnalistler-ucun-teskil-etdiyi-novbeti-ingilis-dili-kurslari-sona-catdi
    Zəfər Günümüz mübarək, ey Vətən!
    zefer-gunumuz-mubarek-ey-veten
    “Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir
    azercell-kiber-tehlukesizlikde-olkede-top-uclukdedir