Logo
    main-post-cover

    “Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına start verib

    Digər
    15.05.2026
    Farid
        “Azərkosmos” kosmik sahədə innovasiya və startap ekosisteminin inkişafını dəstəkləmək məqsədilə yeni təşəbbüsə başlayıb. İlk dəfə “Milli Kosmik İnkubasiya” proqramı istifadəyə verilib.
        Technote.az xəbər verir ki, proqram Yerin müşahidəsi və rəqəmsal platformalar üzrə kosmik startap ideyalarının inkişafını hədəfləyir. Təşəbbüs ideyaların bazara hazır məhsula çevrilməsini dəstəkləyəcək.
        Proqrama “Milli Kosmik Hakaton” iştirakçıları, “Vistar” Mükəmməllik Mərkəzinin məzunları və digər müsabiqə iştirakçıları cəlb olunub. Ümumilikdə 8 komanda proqramda iştirak edəcək.
        Məlumata görə, proqram 6 ay davam edəcək və iştirakçılar texniki və kommersiya təlimlərinə cəlb olunacaqlar. Təlimlər yerli və beynəlxalq mentorların dəstəyi ilə həyata keçiriləcək.
        İlk mərhələdə komandalar ideya formalaşdırılması, bazar araşdırması və biznes modelinin qurulması üzərində işləyəcəklər. Növbəti mərhələdə isə məhsulun inkişafı, test edilməsi və investisiya imkanlarına çıxış təmin olunacaq.
    Paylaş