Logo
    main-post-cover

    Bakıda bəzi məktəblər 5 gün distant təhsilə keçəcək

    Digər
    13.05.2026
    Farid
        BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə Bakıda bəzi məktəblərdə tədris distant formada təşkil olunacaq. Qərar 18-22 may tarixlərini əhatə edəcək.
        Technote.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə dərslər məsafədən keçiriləcək. Qərar Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla digər rayonlara şamil edilir.
        Distant tədris Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı məktəbləri əhatə edəcək. Dərslər “Rəqəmsal məktəb” platforması üzərindən təşkil olunacaq.
        Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə Microsoft Teams platformasına keçid edərək dərs cədvəllərini hazırlaya biləcəklər. Onlayn dərslərlə bağlı məlumatlar sistem üzərindən şagirdlərlə paylaşılacaq.
        Qərar WUF13 tədbiri dövründə şəhərdə təhsil prosesinin fasiləsiz davam etdirilməsi məqsədi daşıyır. Tədris prosesində əsas diqqət rəqəmsal platformalar vasitəsilə onlayn təhsilin təşkilinə yönəldiləcək.
    Paylaş
    Bənzər xəbərlər