Logo
    main-post-cover

    Bakının ən yaxşı gözəllik bloqerləri 'Blogstar' platformasının 1 yaşında (VİDEO)

    Digər
    26.09.2017
    "Azərbaycanlı bloggerləri bir araya toplayan yeganə platforma"  şüarı ilə fəaliyyət göstərən layihə, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin startuplarından biri "Blogstar"  yeni platformasının təqdimat gününü və eyni zamanda 1 yaşını qeyd edir. 
    "La Vida Tequila Barda"  baş tutan tədbir  bluehandmade_baku əl işi sırğalar, Mizaru aksessuarları, Ivylane gül mağazası, Aromania.az Online Parfüm Butiki, LəzzətGroup, Yukhulu Pajamas, Melek_ilham, la_creme_baku, ketantablo kimi əməkdaşların dəstəyi ilə baş tutmuşdur.  İzləyici tərəfindən sevilən bir çox "fashion - beauty" bloqqer və youtuberlər də iştirak etmişdir.
    Tədbirdə Blogstar.az yeni platforması üzv olan bloqqerlərə təqdim edilib. Eyni zamanda tədbir zamanı Blogstarın yeni tanıtım video çarxı da göstərilib, bloqqer və videoqraflar isə hədiyyələrlə təltif olunub. 1 il ərzində seminar vermiş spikerlərin fikirləri dinlənilib. Spikerlərdən sevilən youtuber Səma Abıyeva bloq anlayışından və Blogstarın  komandasının bu yöndə gördüyü işlərin önəmindən bəhs etmişdir. Jurnalist və ssenarist Arzu Soltan uğurun insanın öz seçimi olduğunu qeyd edərək Blogstar komandasının uğurları haqqında danışıb.

    Rəsmi hissədən sonra  DjAyzklə birgə "after party"də qonaqlar rəqs edib, tort kəsərək bloqstarın 1 yaşını qeyd ediblər. 

     

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bakının ən yaxşı gözəllik bloqerləri 'Blogstar' platformasının 1 yaşında (VİDEO) | Technote