
Barack Obama-nın yeni tweet-i, Twitter tarixinin ən məşhur tweet-i oldu
ABŞ-ın keçmiş prezidenti Barack Obama, Twitter-də yenidən məşhurluq qazandı.
Bu ilin Yanvar ayında Barack Obama-nın vidalaşma tweet-i
milyonlarla insanları fəth etmiş və Twitter-in ikinci ən məşhur tweet-i adını
almışdı. Obama-nın yeni tweet-i isə bu sosial şəbəkənin tarixi boyunca ən məşhuru
oldu. Belə ki, o öz tweet-də Cənubi Afrika Respublikasının mərhum prezidenti və Nobel
mükafatı sahibi Nelson Mandela-nın sitatını əks etdirib. “Heç kim, digər
insanın dərisinin rənginə, mənşəyinə və dininə görə ona qarşı nifrətlə doğulmur”
– deyə Barack Obama, öz tweet-də bildirib. Sözügedən tweet, 3 milyona yaxın bəyənmə və 1.2 milyon retweet sayı
yığıb. Bu tweet ilə o hal hazırda Amerika cəmiyyətində şiddətli şəkildə müzakirə
olunan məsələyə cavabını bildirib. Köləlik müdafiəçiləri və Konfederasiya tərəfdaşlarına
adi büstləri, ölkənin milli dəyəri hesab etmək olarmı? Hal hazırda ABŞ-da bu məsələ
ilə bağlı böyük müzakirələr və aksiyalar keçirdilir.
"No one is born hating another person because of the color of his skin or his background or his religion..." pic.twitter.com/InZ58zkoAm— Barack Obama (@BarackObama) 13 August 2017
Paylaş
Bənzər xəbərlər