
Barattson şirkəti ilə Sumaks şirkəti arasında Birgə Əməkdaşlığa dair Memorandum imzalanmışdır.
Barattson şirkətinin baş ofisində
keçirilən tədbiri açıq elan edən Barattson şirkətinin direktoru Elşən Rəhimov rəhbərlik
etdiyi şirkət haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Qeyd etdi ki,
Barattson şirkəti nəzdində fəaliyyət göstərən Biznes və Maliyyə, Texnologiya və
Mühəndislik məktəblərində təhsil alan gəncələrin kadr kimi hazırlanmaları üçün tədris
müddətində yalnız nəzəriyyə deyil həmçinin, onlara istehsalat təcrübəsinin
aşılanması şirkətin tədris strategiyasının ayrılmaz hissəsidir. Bunu nəzərə
alaraq Barattson şirkətinin informasiya texnologiyaları sahəsində fəaliyyət
göstərən Sumaks şirkəti ilə Barattsonda
təhsil alan gənclərin təcrübəyə cəlb olunması, eyni zamanda bu gənclərin
Sumaksın gələcək layihələrində iştirakının təmin edilməsini ilə bağlı əməkdaşlıq Memorandumu imzaladığını
bildirdi.
Sonra Sumaks şirkətinin rəhbəri Cavid Məmmədov
çıxış edərək Sumaks haqqında məlumat verdi. Sumaks şirkətinin startap layihədən
məhsul istehsal edən şirkətə çevrilməsinə qədər keçdiyi yoldan bəhs etdi. C. Məmmədov
bildirdi ki, bu əməkdaşlıq tərəflərə və nəticədə ölkəmizə faydalı olacaq.
Memorandumun qüvvədə olacağı bir il ərzində
ölkədəki biznes və texnologiya sahələrində Barattson tələbələrindən ibarət
yaradılacaq komandalarla birgə araşdırmaların aparılması, problemlərin
aşkarlanaraq innovativ ideyalar kimi Sumaks şirkətinə təqdim olunması nəzərdə
tutulub. Bununla da konkret hədəflərə istiqamətlənmiş məhsulların yaradılması
planlaşdırılır. "Sumaks şirkəti olaraq biz gənclərin biznes və
texnologiya sahələrində təcrübə keçməsi və nəticədə həm onların, həm də
bütövlükdə bu sahələrin inkişaf etdirməsində hər zaman dəstək göstərməyə
hazırıq. Əminik ki, bu əməkdaşlıq qısa zamanda öz müsbət nəticələrini göstərəcək.”
Tədbirdə çıxış edən Barattson şirkətinin
əməliyyatlar üzrə direktoru Zeynal Zeynalov Barattson şirkətinin informasiya
texnologiyalarına dair inkişaf strategiyasına toxunaraq bu sektorun ölkəmizin
iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğuladı. Sumaks şirkəti ilə belə
bir sənədin imzalanmasından məmnun olduğunu bildirdi.
Daha sonra Sumaks və Barattson şirkətləri
arasında Əməkdaşlıq haqqında Memorandum
imzalanıb.
Tədbirdə Barattson və Sumaks şirkətlərinin
nümayəndələri ilə birlikdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nümayəndələri
də iştirak etmişdir.
Paylaş
Bənzər xəbərlər