
Barmaq izləri kimi beyin quruluşu da bir-birindən fərqlənir
Hər insanın özünəməxsus barmaq izi mövcuddur. Amma artıq alimlər bu siyahıya beyini də əlavə edib.
Belə ki, Carnegie Mellonun rəhbərliyi ilə həyata
keçirilən araşdırmada insanların beyin izlərinin bir-birindən fərqləndiyi rəsmi
olaraq sübuta yetirilib.
Yəni bundan sonra insanların barmaq izlərinin
yerini "beyin quruluşu izləri” əvəz edə bilər. Bu bir qədər gülməli səslənsə də
texnologiyanın inkişafı gələcəkdə buna şərait yarada bilər. Araşdırmalarda əldə
olunan nəticələr beyinlərin inanılmaz dərəcədə fərqli olduğu gerçəyini ortaya
çıxarır. Bunun sayəsində gələcəkdə şəxsiyyətin təyin olunması 100%-lik nəticə verə bilər.
Beyin quruluşu izlərinin bir çox texnoloji
məqsədlər üçün istifadəsi sevindirici olsa da bir çox narahatçılıqları da özü
ilə gətirə bilər. Məsələn, buna hackerləri misal göstərmək olar. Amma yenə də
pessimist olmaq üçün hələki, bir səbəb yoxdur.
Paylaş
Bənzər xəbərlər