
Baş transplantasiyası təcrübələrinin nəticələri
İnsan başının transplantasiya proyekti yeni mərhələyə keçib.
İlk təcrübələr primatlar üzərində aparılmışdır. Nəticələr isə müsbət olmuşdur.
Dünyada ilk dəfə öz başının transplantasiyasına razılıq verən şəxs Rusiyanın
Vladimir şəhərindən olan 31 yaşlı mühəndis Valeriy Spiridonov-dur. O nadir genetik
xəstəliyin daşıyıcısıdır. Nəticədə o əlil arabasına məhkum olunub. Bir neçə il əvvəl
Valeriy transplantasiya sahəsi üzrə mütəxəssis olan italiyalı neyrocərrah Sergio Canavero ilə tanış olub. Onlayn
görüş zamanı Valeriy və Canavero riskli əməliyyata razılıq veriblər. Bu işə
dünyanın bir çox mütəxəssisləri cəlb olunmuşdur. İndi isə ilk nəticələr təqdim
olunub. Əsas məsələ beyin sapı ilə onurğa beynin birləşməsindən sonra bədənin əvvəlki
aktivliyinin qayıtmasıdır. Təcrübənin bir hissəsi labarotoriya siçanları üzərində
aparılmışdır. Siçanlarda süni yolla onurğa sütunu zədələnmişdir. Daha sonra
polietilen qlikol və onurğa beynin aktivləşməsinə kömək edən xüsusi üsul vatsitəsilə
mütəxəssislər sinir liflərinin birləşməsinə nail olublar. Əməliyyatdan 1 ay
sonra siçanların bədən aktivlikləri geri qayıdıb.
Bu cür transplantasiyanın uğurlu keçirilməsi üçün hətda
meyidlər üzərindədə əməliyyatlar aparılıb. Növbəti təcrübənin iştirakçısı
meymun olub. Belə təcrübələr hətda keçən əsrin 70-ci illərində aparılırdı. Onda
cərrahlar belə bir qənaətə gəlmişdilər ki, başı -15 dərəcə soyutduqda beyin heç
bir zərər görmür. Bu üsulu tədbiq etmiş Sergio Canavero uğurlu şəkildə meymun
beyninin transplantasiyasını həyata keçirtmişdir. Təcrübənin digər məlumatları sirr olaraq
qalır. Bütün bu təcrübələr Çində aparılmışdır. Belə ki, orada belə təcrübələrin
reallaşdırılmasına icazə verməyən etik və qanunverici məhdudiyyətlər yoxdur.
Mütəxəssislər qeyd ediblər ki, insan başının ilk transplantasiyası əməliyyatı
2017-ci ilin dekabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər