
Battlefield 1-i, 3-6 Mart tarixlərində pulsuz oynamaq olacaq
Battlefield 1-i hələ oynamamış, lakin maraqlananlar varsa bu fürsəti qaçırmasın.
Ötən
ay "EA” və DICE, 'They Shall Not Pass' adını verdikləri yeni Battlefield 1 DLC paketi açıqlanmış və paketin Mart ayında təqdim ediləcəyi bildirilmişdi. Bu gün
isə həm 3 yeni 'expansion' paketinin çıxacağını, həm
də bu həftəsonu üçün oyunun Xbox One, PC və PS4 oyunçularına xüsusi olaraq pulsuz təqdim ediləcəyini bildirildi. Xbox One,
PS4, PC oyunçuları, bu həftəsonu yəni 3 və 5 Mart tarixləri arasında oyunun
Singleplayer və Multiplayer rejimini pulsuz olaraq istifadə edə biləcəklər.
Xbox One oyunçuları, oyunu pulsuz oynamaq üçün Xbox Live Gold üzvlüyünə sahib
olmalıdırlar. Xbox Live Gold üzvləri, pulsuz oyun günləri daxilində Battlefield
1-i yükləyə biləcəklər. PC oyunçuları isə Battlefield 1-i, Origin demo versiyası daxilində oyunu yükləyə biləcəklər . Xbox One oyunçuları, oyunun
bütün modlarına pulsuz giriş edə biləcəklər ancaq PC oyunçuları üçün bu vəziyyət
singleplayer rejimindəki Müharibə Hekayələri bölməsinin ilk ikisində, multiplayer rejimində isə 5 xəritədəki 4 rejimdə
etibarlı olacaq. Oyun, 3 Mart axşamından 6 Mart axşamına qədər yükləməyə və pulsuz oynamağa açıq olacaq.
Paylaş
Bənzər xəbərlər