
Battlefield 1-in ilk gameplay videosu
EA Play şousu zamanı hamı tərəfindən gözlənilən Battlefield
1 oyununun gameplay səhnələrini əks etdirən ilk video oyunçulara göstərildi.
Bundan əlavə olaraq oyunu hazırlayan DICE studiyası bildirdi ki, bu ilin yay fəslində
oyunun multiplayer rejiminin beta-testi keçiriləcək. Beta-testin tam dəqiq
tarixi haqqında məlumat isə bir qədər sonra veriləcək. Qeyd edək ki,
Battlefield 1 21 Oktyabr 2016-cı il tarixində PC, PS4 və Xbox One üçün satışa
çıxacaq.




Paylaş
Bənzər xəbərlər