Battlefield 1-in yeni traileri və məlumatları
"Electronic Arts” şirkəti DICEstudiyası tərəfindən hazırlanan Battlefield 1 oyununun singleplayer rejiminin
yeni trailerini paylaşıb və həmin rejim barədə yeni məlumatları təqdim edib.
Deməli Battlefield 1-in süjet xətti bir neçə personajın gözündən təsvir olunacaq.
Hər bir personajın öz bacarığı və bioqrafiyası olacaq. Seriyanın keçmiş hissələrində
oyun kamerası nadir hallarda baş qəhrəmanı qıraqdan göstərirdi. Lakin
Battlefield 1-də studiya yadda qalacaq və maraqlı personajları göstərmək istəyir.
Oyunun daha bir üstünlüyü həmin dövrdə olmuş real insanlara da oyunda rast gəlinəcəyidir.
Məsələn Birinci Dünya Müharibəsinin əfsanəsi Tomas Edvard Lurens-i misal gətirmək
olar. Battlefield 1 21 Oktyabr tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər