Logo
    main-post-cover

    Battlefield 1 oyunundan yeni trailer və beta-test haqqında məlumat

    Digər
    07.05.2017
    Farid

    Yaxın günlərdə keçiriləcək Gamescom oyun sərgisi şərəfinə "EA Games” şirkəti Battlefield 1 oyununun yeni möhtəşəm trailerini təqdim edib. Bundan əlavə şirkət oyunun açıq beta-test tarixini də açıqlayıb.

    FPS (First Person Shooter) janrında olan oyunda hadisələr Birinci Dünya Müharibəsi dövründə cərəyan edəcək. Beta-testin ilk iştirakçılarından olmaq istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçməli olacaqlar. Digər oyunçular isə beta-testə 31 avqust tarixində qoşula biləcəklər. Qeyd edək ki, beta-test bütün platformalarda (PC, PS4, Xbox One) keçiriləcək. Beta-test çərçivəsində oyunçular üçün Sinay səhrasının yeni xəritəsi və iki oyun rejimi aktiv olacaq. Xəritə hər birində 32 oyunçu olmaqla iki komanda üçün nəzərdə tutulacaq. Beta-testin nə qədər müddət keçiriləcəyi bilinmir. Çox güman ki, bu barədə daha ətraflı məlumat Gamescom sərgisində təqdim olunacaq. Battlefield 1 oyunu 21 Oktyabr 2016-cı il tarixində satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər