
Bayram işıqları kosmosdan necə görünür? (VİDEO)
NASA mütəxəssisləri neçə il bundan öncə Yer kürəsinin orbitinə buraxılmış Suomi NPR peykinin çəkdiyi bayram işıqlarının fotolarını təqdim edib.
Bu peyk vasitəsilə NASA, son illərdə dünya üzrə 70 ölkənin sərf
etdiyi enerji miqdarını müşahidə edib. Fotolardakı yaşıl nöqtələr işıqlığı 50%
olan yerlərdir. Sarı rənglə böyük şəhərlər, yaşıl rənglə şəhərkənarı yerlər qeyd olunmuşdur. "Technote.az”ın "NASA”a istinadən verdiyi xəbərə əsasən alimlər
qeyd ediblər ki, bayram günlərində işıqların parlaqlığı artır. Məsələn Milad
bayramı ilə Yeni il bayramı arasındakı günlərdə ABŞ-ın şəhərkənarı ərazilərinin işıqları 20-50% artır. Lakin mərkəzi şəhərlərdə bu göstərici yalnız 30% olur.
Yaxın Şərqdə işıqlandırmanın güclənməsi Ramazan bayramı ərəfıəsində müşahidə
olunur. Bu dövrdə Səudiyyə Ərəbistan ərazisindəki şəhərlərin işıqlandırılması
60-100% artır.
Paylaş
Bənzər xəbərlər