Logo
    main-post-cover

    Ben Affleck Batman haqqında çəkiləcək filmdə baş rolu canlandıracaq

    Digər
    07.05.2017
    Farid
    "Batman v Superman: Dawn of Justice” filminin mütəxəssislər tərəfindən pis qarşılanmasına baxmayaraq Ben Affleck-in Batman obrazını canlandırma bacarığı bir çoxlarının xoşuna gəlmişdir. Hətda bir çox pərəstişkarlar onu çəkiləcək yeni "Batman” filmindədə görmək istəyiblər. Warner Bros. studiyasının baş meneceri Kevin Tsujihara rəsmi olaraq bildirib ki, aktyor Batman haqqında olacaq yeni filmdə baş rolu canlandırmaqla yanaşı həmdə filmin rejissoru olacaq. Yeni "Batman” haqqında məlumatlar hələki sirr olaraq qalır. Lakin artıq məlumdur ki, film yaxın 5 il ərzində böyük ekranlara çıxacaq. Aprelin əvvəlində Warner Bros. studiyası DC Comics əsasında çəkiləcək iki filmin premyera tarixlərini açıqlamışdır (5 Oktyabr 2018-ci il 1 Noyabr 2019-cu il). Filmlərin hansı komiks əsasında çəkiləcəyi hələki bilinməsə də güman olunur ki, sonuncu premyera tarixi məhz Batman haqqında çəkiləcək filmə aiddir. Bir neçə müddət bundan öncə hətda şaiyə yayılmışdı ki, Ben Affleck filmin ssenarisi üzərindədə çalışır. İzləyicilər Ben Affleck-i Batman rolunda "Justice League” filmində görə biləcəklər. Amma ondan öncə biz aktyoru həmdə "Suicide Squad” filmindədə görəcəyik. Lakin "Suicide Squad” filmində Batman obrazı üçün nə qədər vaxt ayrıldığı hələki bilinmir. Çox güman ki, bu epizodik rol olacaq. Onu da qeyd edək ki, "Justice League” filminin çəkilişlərinə artıq start verilib. 
    Paylaş
    Bənzər xəbərlər