drzeka zeka kartları

Beynin uzaqdan hack və idarə olunması mümkünlüyü təcrübə ilə sübut olundu

25.08.2017 0 PAYLAŞIM 833 OXUNMA

Təsəvvür edin ki, kimsə sizin beyninizi uzaqdan idarə edir və sizin əl ilə ayaqlarınıza siqnal göndərərək getmək istəmədiyiniz istiqamətdə sizi hərəkət etməyə məcbur edir.

Məhz bu cür təcrübəni, Buffalo Universitetinin alimləri, siçanlar üzərində aparıblar. Bu cür təcrübə cəhdi, fizik Arnd Pralle-nin rəhbərliyi altında həyata keçirilmişdir. Bunun üçün alimlər, maqnit-termal stimulyasiyası üsulundan istifadə ediblər. Bu heç də sadə bir proses deyil. Belə ki, ilk öncə canlının orqanizminə xüsusi yaradılmış DNT zənciri və nanohissəciklər yeridilməlidir. Onlar isə öz növbəsində müəyyən neyronlara bağlanırlar. Lakin bu kiçik və qəliz proses başa çatandan sonra canlının beynini uzaqdan, fasiləli maqnit sahələri hesabına idarə etmək olur. Maqnit siqnallarından istifadə edən zaman, beyində olan hissəciklər qızmağa başlayır və lazımi neyronları aktivləşdirir. Bu cür təcrübə, siçanlar üzərində aparılıb. Bu yeni üsul vasitəsilə alimlər, canlıların yerimələrini dayandırmaq, onların bədən hissələrinin hərəkətlərini deaktivləşdirmək və hətta qaçmağa məcbur etməklə onların bədənləri üzərində tam idarəetməyə sahib olublar.