“Beyond Good & Evil 2” Ubisoft üçün hələ də prioritet sayılır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Ubisoft-da son dövrlər həyata keçirilən kütləvi ləğv və restrukturizasiya proseslərinə baxmayaraq, “Beyond Good & Evil 2” layihəsi hələ də şirkətin planlarında qalır. Şirkətin adının açıqlanmasını istəməyən sözçüsü Kotaku və Insider Gaming-ə verdiyi açıqlamada bildirib ki, oyun Ubisoft-un açıq dünya macəralarına fokuslanan strategiyası çərçivəsində prioritet olaraq qalır.
2003-cü ildə yayımlanan orijinal “Beyond Good & Evil”, üzərindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də oyunçular tərəfindən sevilən və yüksək qiymətləndirilən klassiklərdən biri hesab olunur. Lakin davam oyunu olan “Beyond Good & Evil 2”, oyun tarixinin ən uzun və problemli inkişaf proseslərindən birini yaşayıb.
Bütün bu illərə və qeyri-müəyyənliyə baxmayaraq, layihənin hələ də rəsmi olaraq ləğv edilməməsi oyun ictimaiyyətində “oyundan bir həyat əlaməti görmək” ümidini qoruyur. Lakin Ubisoft hələlik oyunun inkişaf vəziyyəti ilə bağlı konkret görüntü və ya tarix paylaşmayıb.
Paylaş