main-post-cover

    Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləməməyə başlayıb: Bəs problemi necə həll etmək olar?

    Digər
    01.05.2024
    Farid Pardashunas

         Bu günlərdə bir çox iPhone istifadəçisi telefonlarının zəngli saatının işləmədiyini bildirib. Apple problemi təsdiqləyib və bunun üzərində işlədiklərini söyləyib.

         Bu günlərdə bəzi iPhone istifadəçiləri sosial şəbəkələrdəki paylaşımlarında telefonlarının zəngli saatının işləmədiyini bildiriblər. Daxil olan məlumata görə, səhər yuxudan duran zama istifadəçilərin zəngli saatı işləməyib. Bəzi istifadəçilər hətta cümə günündən bəri bu vəziyyətlə qarşılaşdıqlarını bildiriblər. Problem narahatlıq yaratsa da, artıq bu barədə Apple-dan açıqlama gəlib.
         Baş verənlərdən sonra Apple ABŞ-dakı Today Show proqramına bəyanat göndərib. Şirkət problemdən xəbərdar olduğunu və proqram xətasının zəngli saatların işləməməsinə səbəb olduğunu bildirib. Apple, əlavə olaraq, bu problemin aradan qaldırılması üçün işlərin davam etdirildiyini də qeyd edib. Ehtimallara görə, problem son proqram yeniləməsi ilə aradan qaldırılacaq.
         Zəngli saat məsələsinin nə qədər geniş yayıldığı və geniş miqyasda istifadəçilərə təsir edib-etmədiyi hələlik məlum deyil. Lakin daha çox insanın bu problemlə qarşılaşmadığı ehtimal edilir. Əgər siz də bu problemlə qarşılaşmısınızsa, Apple yeniləmələrinə qədər bir neçə həll üsulunu sınaya bilərsiniz. Bunlardan birincisi “Ayarlar"dan "Ses ve Dokunuş” bölməsinə keçid edərək əgər aşağı səviyyədədirsə, “Zil Sesi ve Uyarılar” bölməsinin səs səviyyəsini artırmaqdır. Bəzi TikTok istifadəçiləri “Face ID ve Parol” bölməsindən “Dikkat Farkındalığı” alətini söndürməyin də bu problemi həll etdiyini bildirirlər. Əlbəttə ki, bunlar qəti həll yolu deyil, lakin problemlə qarşılaşırsınızsa, cəhd edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Beats Solo 4 və Solo Buds naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    beats-solo-4-ve-solo-buds-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Yeni iPad Pro bazarın ən yaxşı OLED ekranını əldə edəcək
    yeni-ipad-pro-bazarin-en-yaxsi-oled-ekranini-elde-edecek
    İkinci nəsil Apple Vision Pro-nun təqribi çıxış müddəti açıqlanıb
    ikinci-nesil-apple-vision-pro-nun-teqribi-cixis-muddeti-aciqlanib
    Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
    butun-iphone-16-smartfonlarinin-xarici-gorunusleri-bir-fotoda-sergilenib
    Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!
    apple-ios-18-ile-tetbiqleri-yenileyir