Logo
    main-post-cover

    “Biletim.az” portalına yeni funksiya əlavə olunub

    Digər
    05.05.2026
        “Biletim.az” portalında istifadəçilər üçün yeni funksionallıq istifadəyə verilib.
        Technote.az xəbər verir ki, yenilik istifadəçi rahatlığının artırılmasına yönəlib.
        Yeni imkan vasitəsilə əvvəlcədən alınmış biletlər üzrə oturacaq yeri dəyişdirilə bilər. Eyni zamanda reysin çıxış vaxtını başqa reyslə əvəz etmək mümkündür.
        Bu funksionallıq istifadəçilərə elektron biletlər üzərində dəyişiklik etmək imkanı yaradır. Beləliklə, biletin dəyişdirilməsi prosesi rəqəmsal şəkildə həyata keçirilir.
        Qeyd edək ki, dəyişikliklər reysin çıxış vaxtına 24 saat qalmışadək mümkündür. Hər vətəndaş üçün bu imkan yalnız 1 dəfə təqdim olunur.
        Hazırda platformada 58 məntəqə və 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə ümumilikdə 361 reys və 409 nəqliyyat vasitəsi qoşulub.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    “Biletim.az” portalına yeni funksiya əlavə olunub | Technote