Logo
    main-post-cover

    Bir kolleksiyaçı, 444 müxtəlif konsolu bir televizora birləşdirərək Ginnesin Rekordlar Kitabına düşüb!

    Digər
    15.08.2024
    Aslan

         Nəhəng kabel mexanizmi ilə yüzlərlə konsolu televizora birləşdirən və oyunlar oynayan kolleksiyaçı, Ginnesin Rekordlar Kitabına düşüb.

         Səudiyyə Ərəbistanının oyun kolleksiyaçısı Ibrahim Al-Nasser, bütün kolleksiyasından istifadə etməklə rekord qırıb. Əlində olan 444 fərqli oyun konsolunu bir televizora birləşdirən Ibrahim Al-Nasser, 1972-ci ildə çıxan Magnavox-dan 2020-ci ildə çıxan PlayStation 5-ə qədər yüzlərlə dəyərli konsollarla rekord qırıb. İlk başda ağlına ciddi bir kabel dağınıqlığı gəlsə də, kolleksiyaçı yüzlərlə çevirici, multipleksor və kabel kanalı ilə son dərəcə təmiz bir mexanizm qurub və cəmi 444 konsolu televizora gözü yormayacaq şəkildə birləşdirib. Sadəcə güc düyməsini sıxmaqla oynamaq istədiyi konsolu tək ekrandan idarə edə bilən Al-Nasser, Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.
    View post on X
         Bazarda az qala yüzlərlə konsolun olması bir yana, hamısını televizora qoşmaqla diqqətləri üzərinə çəkən Ibrahim Al-Nasser bu açıqlamanı verib: “Bir müddətdən sonra anladım ki, mənim istədiyim zaman açıb oynaya bilməyəcəyim bir yığın konsolum var... Televizorun displey çıxışları məhduddur. Beləliklə, ya bir konsolu çıxarıb digərini qoşmalı idim, ya da heç birini çıxarmamalı və yeni multipleksorlar və çeviricilər əlavə etməli idim…. Burada çox vacib bir detal var: Diqqət etmisinizsə, demək olar ki, bütün kabellər gizlidir... Kabelləri təşkil etmək üçün ağlınıza gələn hər bir alətdən, mümkün olan hər şeydən istifadə etdim. Eyni zamanda, bura sadəcə oyun oynamaq üçün bir yer kimi deyil, daha çox muzey kimidir. Ona görə də bu işi bitirməyim çox çəkdi”.
    Paylaş