Logo
    main-post-cover

    Bir oyunçu, Steam-də "hesab səviyyəsini yüksəltmək" üçün 500 min dollar xərcləyib!

    Digər
    19.08.2024
    Aslan

         Dünyanın ən çox istifadə edilən və sevilən oyun platforması Steam, bu günlərdə olduqca maraqlı xəbərlərlə gündəmə gəlib. Belə ki, bir oyunçu, daha sürətli səviyyə keçə bilməsi üçün bir sərvət dəyərində pul xərcləyib.

         Bir istifadəçi, Steam platformasında hesab səviyyəsi rekordunu qırmağı bacarıb. İnanılmaz bir şəkildə 5960 səviyyəsinə çatan bu istifadəçi, bu səviyyəyə çatmaq üçün 500 min dollardan çox pul xərcləyib. Steam-də hesab səviyyələri adətən oyun oynamaq və nişanları açmaqla qazanılır. Bununla belə, istifadəçilər bu prosesi sürətləndirmək üçün platformanın bazarından nişanlar almaq kimi bir üsuldan da istifadə də edə bilərlər.
         Yüksək hesab səviyyəsinin istifadəçilər üçün praktiki faydası olmasa da, bəzi varlı istifadəçilər üstünlük əlaməti olaraq hesablarını təkmilləşdirmək üçün minlərlə dollar xərcləməyə başlayıblar. Uzun müddətdir rekord, 2023-cü ildə qadağan edilmiş CS skin kolleksiyaçısı ST4CK-a məxsus idi. Lakin Stasik adlı yeni rəqib, onu demək olar ki, 1000 səviyyə üstələyərək rekordu tək başına ələ keçirib.
         Stasik-in hesabında bir sıra yüksək səviyyəli Counter-Strike 2 skin-ləri var və bəzilərinin dəyəri on minlərlə dollardır. Vəziyyəti ilk dəfə ictimaiyyətə açıqlayan ohnePixel, Stasik-in hesabını araşdırarkən onun hesabında təkcə bahalı skin-lərin olduğunu deyil, həm də irqi təhqirlərin olduğu stikerləri aşkar edib. Əgər Steam bu vəziyyəti ciddiyə alıb, araşdırma başlatsa, oyunçu xərclədiyi 500 min dollara baxmayaraq platformadan uzaqlaşdırıla bilər.
    Paylaş