main-post-cover

    Bir qadın, tualetin qapısı əvəzinə təcili çıxış qapısını açdığına görə, 40 min dollar zərərə uğrayıb!

    Digər
    11.07.2024
    Farid Pardashunas

         Çindən gələn xəbərə görə, həyatında ilk dəfə təyyarəyə minən qadının tualet qapısı ilə səhv salıb təcili çıxış qapısını açaraq təcili eniş sürüşkənini (slide) işə saldığı bildirilib.

         Shanghai Daily-nin xəbərinə görə, Çinin AirChina aviaşirkətinin #CA2754 Quzhou - Chengdu reysi ilə uçmağa hazırlaşan Airbus A320 tipli təyyarəsində maraqlı hadisə baş verib. Havaya qalxmaq üçün növbəsini gözləyən təyyarə, qəfil təcili siqnallar verməyə başlayıb. Daha sonra təyyarənin arxa tərəfindəki slide-nin, yəni qəza sürüşkəninin açıldığı müşahidə edilib.
         Pilotların aldığı təcili məlumatla təyyarədə qısa müddətli çaxnaşma yaranıb. Çaxnaşma sakitləşən kimi qapının açılmasına səbəb olan şeyi nə olduğu tapılıb. İşin əslinə görə, qadın sərnişin həyatında ilk dəfə təyyarəyə minib və təcili sürüşmə qapısını tualet qapısı ilə səhv salaraq açmağa çalışıb. Qapı qəfil açıldıqdan sonra slide açılıb və təyyarənin içərisində fövqəladə vəziyyət siqnalları səslənməyə başlayıb.
         Xoşbəxtlikdən bu hadisə təyyarə havada və ya havaya qalxarkən deyil, perronda növbəsini gözləyərkən baş verib. AirChina-nın məsələ ilə bağlı verdiyi açıqlamada, qadın sərnişinin slide-ni açması səbəbilə 25-28 min dollar, əlavə olaraq, uçuşun ləğv edilməsi və sərnişinlərin otelə yerləşdirilməsilə birlikdə şirkətə 40 min dollar zərər dəydiyini bildirib. Şirkətdən bildirilib ki, sözügedən ödəniş sərnişindən tələb olunacaq. Sosial mediada verilən açıqlamadan sonra bəzi istifadəçilər bu vəziyyətə etiraz ediblər. Onlar qadın sərnişinin istəmədən bu hadisəyə səbəb olduğunu və şirkətin belə vacib qapı və sürüşmələri daha idarə oluna bilən hala gətirməli olduğunu və buna görə də sərnişindən haqq tələb olunmamalı olduğunu bildiriblər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!
    new-york-seheri-mehbuslar-ucun-59-min-dollara-playstation-oyunlari-alib
    Bir sərnişin, uçuş vaxtı üzərinə çay töküldüyü üçün aviaşirkətdən 1.5 milyon dollarlıq təzminat tələb edib!
    bir-sernisin-ucus-vaxti-uzerine-cay-tokulduyu-ucun-aviasirketden-15-milyon-dollarliq-tezminat-teleb-edib
    Niyə gəmilər bəzən balinalar kimi havaya su fışqırır?
    niye-gemiler-bezen-balinalar-kimi-havaya-su-fisqirir