
Bir YouTuber, gerçək Minion ordusu quraraq mağazalara basqın edib! (VİDEO)
Digər
27.08.2024
Aslan
"Electo" adlı YouTuber, "Despicable Me" filmindəki Minion-lardan özünə ordu yaradıb. Minion-lar ordusunu çölə çıxaran YouTuber, yerli insanlara əyləncəli anlar yaşadıb.
YouTuber, sözügedən layihəni həyata keçirmək üçün çox çalışıb. Robotları 3D printerlə çap edən YouTuber, robotların ünsiyyət qurması üçün xüsusi proqram da hazırlayıb. Birinci mərhələdə hamısı müstəqil şəkildə hərəkət edən Minion-lar, növbəti mərhələdə lider Minion-un göstərişlərinə uyğun hərəkət edəcək şəkildə hazırlanıb. Əlavə olaraq, Minion-lara filmdəki kimi səslər çıxarmaq qabiliyyəti də əlavə edilib.
"Electo", qurduğu robot ordusunu yaşadığı yerdəki küçəyə çıxarıb. Hətta bir ticarət mərkəzinə də aparıb. Yerli əhali isə bu Minion-ları çox bəyənib. Hətta bu robotları almaq istəyənlər də olub. İnkişaf mərhələsində tək başına əylənən YouTuber, daha sonra bütün yerli ictimaiyyəti əyləndirməyi bacarıb. Təbii ki, hər şey "Electo"nun istədiyi kimi alınmayıb. Belə ki, "Electo" və onun yaratdığı Minion ordusu girdikləri ticarət mərkəzindən qovulub. Buna səbəb lazımi icazələrin alınmaması olub. Yenə də bu ordunu görmək imkanı olanlar, heç vaxt unutmayacaqları bir təcrübə yaşamış olublar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
