Logo
    main-post-cover

    Bir YouTuber, Read Dead Redemption 2 oyununu smartfonda işə sala bilib! (Video)

    Digər
    06.04.2024
    Aslan
         iPhone 15 seriyasının təqdimatı ilə "Assassin's Creed: Mirage", "Death Stranding" və "Resident Evil 7" kimi oyunları cibimizdəki smartfonlarda oynana biləcəyimizi görmüşdük. Lakin bu oyunların tək-tək çıxmasını gözləməyən bir YouTuber "Read Dead Redemption 2" oyununu Android smartfonda işə salmağı bacarıb.
         Belə ki, Serg Pavlov adlı YouTuber, Android smartfonunda emulyatordan istifadə edərək oyunu öz cihazında işə salmağa nail ola bilib. FPS fəyəri nə qədər aşağı olsa da, bu oyunu smartfonda oynaya bilmək bir o qədər maraqlı alınıb. Emulyatorun nə olduğunu bilməyənlər üçün qeyd edək ki, bu kimi tətbiqlər xüsusi mühit üçün yazılmış proqramları başqa bir mühitdə istifadə etməyə imkan verir. YouTuber bu nümunədə MOBOX emulyatorundan istifadə edərək oyunu işə sala bilib.
         Videoda "Red Dead Redemption 2"nin 960x540 təsvir ölçüsündə səs, render və digər qrafik xətalarının tez-tez baş verdiyini görə bilərik. YouTuber həmçinin cihaz həddindən artıq qızdığı üçün əlavə soyuducu istifadə etdiyini də bildirib. Pavlov eyni üsulla Android telefonunda müxtəlif oyunları işə salmağı da bacarıb. Testlər nəticəsində o, hansı oyunların nə qədər yaxşı işlədiyini göstərən cədvəl yaradıb. Bu linkdən daxil ola biləcəyiniz cədvəldə hansı oyunun neçə FPS verdiyini, oynanıla bilən olub-olmadığını, gələcəkdə ediləcək testləri və digər maraqlı məlumatları görə bilərsiniz.
    Paylaş