Logo
    main-post-cover

    Bitcoin yüksəliş edərək 73.600 dollar dəyərinə çatıb!

    Digər
    30.10.2024
    Aslan

         Son günlərdə baş verən müsbət inkişaflar Bitcoin bazarını dərhal hərəkətə gətirib. Həftə sonundan etibarən yüksəlməyə başlayan Bitcoin qiyməti 73.600$ səviyyəsinə çatıb.

         İlin əvvəlində, xüsusən də spot Bitcoin ETF-in təsdiqlənməsindən sonra ard-arda rekordlar qıran Bitcoin, 73.777$ səviyyəsinə çataraq rekordunu yeniləyib. Lakin satış təzyiqi, ABŞ prezident seçkilərinin gərginliyi və İsrailin işğalı ilə birlikdə 53 min dollar səviyyəsinə qədər enmişdi. İran-İsrail arasındakı gərginliyin qısa müddətlik azalması, ABŞ prezident seçkilərində Trump-ın irəlidə olması və korporativ təşkilatların artan marağı Bitcoin qiymətini yenidən yüksəldib. Təxminən 5 ay ərzində Bitcoin qiyməti 45% dəyər qazanaraq 73.600$ səviyyəsinə qədər yüksəlib.
         Spot Bitcoin ETF bazarının gündəlik həcmi 4.5 milyard dollara çatarkən mütəxəssislər yeni rekorda çox yaxın olduqlarını düşünürlər. Ən azı 77 min dollara qədər artım gözləntiləri var. Digər tərəfdən, Ethereum altcoin bazarı isə gözlənilən sıçrayışı edə bilməyib. Pulun əsasən Bitcoin bazarına yönəlməsi üstünlüyü də 59% səviyyəsinə çıxarıb. Bu da gözlənilən hərəkətin gecikməsinə səbəb olur.
    Paylaş